
134
AZƏRBAYCAN
Zəmanət kartı
Hörmәtli Alıcı!
«Biryusa» ticarәt markasının mәhsullarını seçdiyiniz üçün tәşәkkür edirik!
Zәmanәt şәrtlәri:
İstehsalçı-zavodun zәmanәt öhdәliklәri Rusiya Federasiyasının mövcud qanunvericiliyi әsasında hazırlanmışdır.
Cihazlara 2 il zәmanәt müddәti tәyin edilmişdir.
Zәmanәt müddәti әrzindә cihazda nasazlıq aşkar edildiyi tәqdirdә, istehsalçı (satıcı) «İstehlakçı hüquqlarının
müdaәsi haqqında» Rusiya Federasiyasının Qanunu ilә nәzәrdә tutulmuş istehlakçının tәlәblәrini ödәmәyi
öhdәsinә götürür.
Anlaşılmazlıqlara yol vermәmәk üçün sizdәn xahiş edirik ki, mәhsulların istismarı vә saxlanması qaydalarını vә
şәrtlәrini, zәmanәt şәrtlәrini diqqәtlә öyrәnin, hәmçinin zәmanәt talonunun düzgün doldurulmasını yoxlayın.
Zәmanәt kartı o halda etibarlı sayılır ki, mәhsulun modeli, seriya nömrәsi, istehsal vә satış tarixi, satıcı
şirkәtin aydın möhürlәri vә alıcının imzası düzgün vә aydın göstәrilsin. Mәhsulun seriya nömrәsi vә
modeli zәmanәt talonunda göstәrilәnlәrә uyğun olmalıdır.
Zәmanәt xidmәtinin müddәti cihazın satıldığı tarixdәn hesablanır. Satış tarixini müәyyәn etmәk mümkün
olmadıqda, Rusiya Federasiyasının «İstehlakçı hüquqlarının müdaәsi haqqında» Qanununa uyğun olaraq,
zәmanәt müddәti mәhsulun istehsal edildiyi tarixdәn hesablanır. Zәmanәt tәmiri zamanı mәhsulun alınma
tarixinin tәsdiqi vә ya Rusiya Federasiyasının «İstehlakçı hüquqlarının müdaәsi haqqında» Qanununda
nәzәrdә tutulmuş digәr tәlәblәrin irәli sürülmәsi üçün sizdәn xahiş edirik ki, müşayiәtedici sәnәdlәri (çek, qәbz,
düzgün vә aydın şәkildә doldurulmuş zәmanәt talonu, satınalma tarixini vә yerini tәsdiq edәn digәr sәnәdlәr)
özünüzdә saxlayasınız. Mәhsulun keyyyәti ilә bağlı hәr hansı narazılıqlara yalnız mәhsulun keyyyәtinin ilkin
yoxlanılmasından sonra «Biryusa» sәlahiyyәtli xidmәt mәrkәzinin nümayәndәsi tәrәndәn baxılır.
DİQQӘT! Cihazı alarkәn satıcı ilә birlikdә onun işlәmә qabiliyyәtini, tәlimat kitabçasında göstәrilәn
komplektliyini vә mexaniki zәdәlәrin olmamasını yoxlayın. İstehsalçı-zavod istehlakçıya verildikdәn tәhvil
verildikdәn sonra baş verәn cihazın mexaniki zәdәlәnmәsinә vә onun natamamlığına görә mәsuliyyәt
daşımır.
Cihazın tәmiri istismar olunduğu yerdә vә ya zәmanәt emalatxanasında hәyata keçirilir. Cihazın tәmiri,
dәyişdirilmәsi vә istehlakçıya qaytarılması üçün zәmanәt emalatxanasına çatdırılması satıcının (istehsalçının) vә
ya onunla bağlanmış müqavilә әsasında satıcının (istehsalçının) funksiyalarını yerinә yetirәn tәşkilatın qüvvәsi vә
vәsaiti hesabına hәyata keçirilir.
№1, №2, №3 vә №4 zәmanәtli tәmir talonları zәmanәt müddәti әrzindә detalları vә hissәlәri dәyişdirmәklә
tәmir başa çatdıqdan sonra, o cümlәdәn zәmanәt müddәti әrzindә detalları vә hissәlәri dәyişdirmәdәn cihazın
sazlanması vә texniki xidmәt göstәrilmәsi üzrә işlәrin aparılması zamanı mexanik tәrәndәn geri götürülür.
Talonlar zәmanәt emalatxanasının mexaniki tәrәndәn götürüldükdә talon kötüyündә mәlumatların
qeyd edilmәsini tәlәb edin.
ZӘMANӘTLİ XİDMӘT AŞAĞIDAKI HALLARDA TӘTBİQ EDİLMİR:
istehlakçının istismar üzrә tәlimat kitabçasında nәzәrdә tutulan nәqletmә, saxlama, quraşdırma, qulluq
qaydalarına, tәhlükәsizlik vә istismar tәlәblәrinә riayәt etmәmәsi zamanı;
tәmiri istehsalçı müәssisә tәrәndәn zәmanәt xidmәtini icra etmәk sәlahiyyәti verilmәyәn şәxslәrin aparması
zamanı;
ekstremal şәrait vә ya fors-major (yanğın, tәbii fәlakәt vә s.) hallar nәticәsindә yaranan nasazlıqlar zamanı;
ev hәşәratlarının vә gәmiricilәrin hәrәkәtlәri, digәr kәnar amillәrin tәsiri,habelә istismar üzrә tәlimatda
göstәrilәn texniki tәlәblәrin әhәmiyyәtli dәrәcәdә pozulması, o cümlәdәn elektrik şәbәkәsinin ilә müәyyәn edilmiş
parametrlәrinin qeyri-sabitliyi ilә әlaqәdar zәdәlәndikdә vә ya normal fәaliyyәti pozulduqda.
Siz sәlahiyyәtli servis mәrkәzlәrinin telefonları vә ünvanları haqqında mәlumatı www.biryusa.ru saytımızda, vә
ya QR kodu skan etmәklә tapa bilәrsiniz.
Добавить комментарий