
111
AZƏRBAYCAN
• Pambıq (Хлопок): bu rejim pambıq, kәtan vә ya xüsusi qulluq tәlәb etmәyәn digәr parçalardan
hazırlanmış orta vә çox çirklәnmiş mәmulatların (gündәlik geyimlәrin, yataq dәyişәklәrinin)
yuyulması üçün nәzәrdә tutulub.
• EKO 40-60° (ЭКО 40-60º): 40°С - 60°С temperaturda yuma. Adi çirklәnmiş ağ vә solmayan
rәngli pambıq, sintetikadan olan geyimlәrin yuyulması üçün nәzәrdә tutulub. Bu zaman enerji
istehlakı azalır, yuma proqramının vaxtı artır.
Biryusa WM-ME712/04
Paltaryuyan
maşının iş
rejimlәri
• Sintetika (Синтетика): bu rejim hәssas vә sintetik parçalardan olan mәmulatların, pәrdәlәrin
vә şәbәkәli parçalardan olan mәmulatların yuyulması üçün nәzәrdә tutulub. Toxunma
mәmulatların yuyulması zamanı mәmulatların formasının pozulmasının qarşısını almaq üçün
yuyucu vasitәnin miqdarını azaltmaq tövsiyә olunur.
• Barabanın tәmizlәnmәsi (Очистка барабана): rejim maşının barabanının yüksәk
temperaturda tәmizlәnmәsi vә sterillәşdirilmәsi üçün nәzәrdә tutulub. Bu rejim geyimlәrin
yuyulması üçün nәzәrdә tutulmayıb. Әn yaxşı nәticәyә nail olmaq üçün az miqdarda yuyucu
vasitә әlavә etmәk tövsiyә olunur.
• İlkin yuma (Предварительная стирка): bu funksiyanı olduqca çox çirklәnmiş әşyaların
yuyulması üçün işә salmaq tövsiyә olunur. Köhnә vә hopmuş çirki tәmizlәmәyә imkan verir.
• Bitmә vaxtı (Окончание через): bu rejim adi çirklәnmiş qarışıq geyimlәrin 40°С temperaturda
yuma üçün nәzәrdә tutulub. Yumanın bitmәsinә qalmış bir neçә vaxt variantlarından seçim
etmәyә imkan verir.
• Pambıq intensiv (Хлопок интенсив): bu rejimdә yumanın eektivliyini artırmaq mәqsәdi
ilә yuma vaxtı vә ümumi intensivliyi uzadılıb. Bu rejim pambıq, kәtan vә ya xüsusi qulluq tәlәb
etmәyәn digәr parçalardan hazırlanmış uşaq geyimlәri vә çox çirklәnmiş mәmulatların yuyulması
üçün tövsiyә olunur.
• Әlavә yaxalama (Дополнительное полоскание): bu funksiya geyimlәrdәn yuyucu
vasitәnin qalıqlarını daha yaxşı yumağa imkan verir. Bu funksiyanı uşaq geyimlәrinin, elәcә dә
qalın әşyalar, mәsәlәn, yorğan, gödәkcә vә s. yuyulması üçün istifadә etmәk tövsiyә olunur.
• Delikat yuma (Деликатная): bu rejimdә yuma intensivliyi vә barabanın fırlanma sürәti
«Sintetika» rejimi ilә müqayisәdә aşağıdır. Bu rejim xüsusilә hәssas parçalardan olan
mәmulatların ehtiyatla yuyulması üçün tövsiyә olunur.
• Soyuq suda yuma (Холодная стирка): bu rejim soyuq su temperaturunda istәnilәn növ
parçaları yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
• Tez yuma (Быстрая): rejim kiçik hәcmdә az çirklәnmiş әşyaların aşağı temperaturda qısa
vaxtda yuyulması üçün nәzәrdә tutulub.
Paltaryuyan
maşının
funksiyaları
• Uşaqlardan kilidlәmә (Блокировка от детей): uşaqların tәsadüfәn sazlamaları dәyişmәsinin
qarşısını almaq üçün rejimlәrin dәyişdiricisi kilidlәnmәsinin vә «Start/Pauza» düymәsinin işә
salmaq üçün nәzәrdә tutulub. Bu funksiyanı işә salmaq üçün yuma dövrәsi zamanı «Әlavә
yaxalama» vә «Sıxmasız» düymәlәrini eyni anda sәsli siqnal eşidilәnәdәk әn az 3 saniyә
әrzindә basmaq lazımdır. Yuma dövrәsi prosesindә funksiyanı dayandırmaq üçün göstәrilәn
düymәlәri әn az 3 saniyә basıb saxlamaq lazımdır.
• Pauza: bu funksiya yumadan öncә geyimlәri islatmaq üçün istifadә oluna bilәr. Seçilmiş
proqramı işә saldıqdan sonra tәqribәn 10 dәqiqә gözlәyib «Start/Pauza» düymәsinә basmaq
lazımdır. Tәlәb olunan vaxt bitdikdәn sonra tәkrar «Start/Pauza» düymәsinә basmaq lazımdır ki,
paltaryuyan maşın proqramın yerinә yetirilmәsini davam etsin. İslatma çox çirklәnmiş geyimlәri
yuma keyyyәtini yaxşılaşdırmağa imkan verir.
• Sәsli siqnalın söndürülmәsi: maşını işә saldıqdan sonra sәsli siqnalın söndürülmәsi üçün
«İlkin yuma» düymәsini basıb 3 saniyә saxlayın. Sәsli siqnalizasiyanın bәrpası üçün hәrәkәti
tәkrar edin.
Добавить комментарий