
119
AZƏRBAYCAN
• Pambıq (Хлопок): bu rejim pambıq, kәtan vә ya xüsusi qulluq tәlәb etmәyәn digәr parçalardan
hazırlanmış orta vә çox çirklәnmiş mәmulatların (gündәlik geyimlәrin, yataq dәyişәklәrinin)
yuyulması üçün nәzәrdә tutulub.
• Sterillәşdirmә (Стерилизация): bu rejimdә geyimlәrin 70°С temperaturda uzunsürәn vaxt
әrzindә yuyulamsı hesabına geyimlәrin sterillәşdirilmәsi eekti tәmin olunur.
• Tez yuma 45 dәq. (Быстрая 45 мин): bu rejim qısa vaxtda 40°С emperaturunda istәnilәn növ
parçaları yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
• EKO 40-60° (ЭКО 40-60º): 40°С - 60°С temperaturda yuma. Adi çirklәnmiş ağ vә solmayan
rәngli pambıq, sintetikadan olan geyimlәrin yuyulması üçün nәzәrdә tutulub. Bu zaman enerji
istehlakı azalır, yuma proqramının vaxtı artır.
Paltaryuyan
maşının iş
rejimlәri
• Sintetika (Синтетика): bu rejimdә yuma vaxtı vә intensivliyi «Pambıq» rejimi ilә müqayisәdә
azaldılıb. Bu rejim hәssas vә sintetik parçalardan olan mәmulatların, pәrdәlәrin vә şәbәkәli
parçalardan olan mәmulatların yuyulması üçün nәzәrdә tutulub. Toxunma mәmulatların
yuyulması zamanı mәmulatların formasının pozulmasının qarşısını almaq üçün yuyucu vasitәnin
miqdarını azaltmaq tövsiyә olunur.
• Mәnim dövrәm (Мой цикл ): әvvәl yazılmış yuma rejiminin seçilmәsi. Dövrәnin
parametrlәrini maşının yaddaşına yazmaq üçün dәyişdiricini istәnilәn rejimә keçirmә vә lazımi
parametrlәri (temperaturu, sıxma sürәtini), elәcә dә yuma funksiyalarını seçmәk lazımdır.
Funksiyanı işә salmaq üçün «Temperatur» düymәsini basıb 3 saniyә saxlamaq lazımdır.
Maşını «Mәnim dövrәm» rejimindә işә salmaq üçün rejimlәrin dәyişdiricisini müvaq vәziyyәtә
keçirmәk, daha sonra «Start/Pauza» düymәsini basmaq lazımdır.
Standart sazlamalarda «Mәnim dövrәm» rejimi kimi «Pambıq» rejimi tәyin olunub.
• Yun (Шерсть): bu rejim yalnız istehsalçının maşında yuma nәzәrdә tutduğu yun vә yarıyun
mәmulatların yuyulması üçün nәzәrdә tutulub. Mәmulatın etiketindә yolverilәn temperatur
rejiminә dair mәlumatları diqqәtlә oxumaq lazımdır. Yun mәmulatlar üçün xüsusi yuyucu
vasitәlәrdәn istifadә etmәk tövsiyә olunur.
• İdman (Спортивная): bu rejim çox çirklәnmiş idman geyimlәrinin vә ayaqqabılarının 20 °С
temperaturda yuyulması üçün nәzәrdә tutulub. İdman ayaqqabılarının yuyulması zamanı bir
dәfәyә iki cüt ayaqqabıdan artıq yuyulması tövsiyә olunmur.
• İntensiv yuma (Интенсивная): bu rejimdә yumanın eektivliyini artırmaq mәqsәdi ilә yuma
vaxtı vә ümumi intensivliyi uzadılıb. Bu rejim pambıq, kәtan vә ya xüsusi qulluq tәlәb etmәyәn
digәr parçalardan hazırlanmış uşaq geyimlәri vә çox çirklәnmiş mәmulatların yuyulması üçün
tövsiyә olunur.
• Cins (Джинсы): bu rejim cins mәmulatların 60 °С temperaturda ehtiyatla yuyulması üçün
nәzәrdә tutulub. Yumadan öncә mәmulatları tәrs üzünә çevirmәk vә maye yuyucu vasitә istifadә
etmәk tövsiyә olunur.
• Soyuq suda yuma 20° (Холодная стирка 20°): bu rejim soyuq su temperaturunda istәnilәn
növ parçaları yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
• Tez yuma 15 dәq. (Быстрая 15 мин): bu rejim qısa vaxtda soyuq su temperaturunda istәnilәn
növ parçaları yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
• Qarışıq parçalar (Смешанные ткани): parçanın növünә görә çeşidlәnmәmiş qarışıq
geyimlәrin 40°С temperaturda yuyulması üçün proqramlar.
Biryusa WM-MK714/03, WM-MK814/03, WM-MG914/07,
WM-MG1214/11
• Qarışıq geyimlәr (Смешанные ткани ): buxarla әlavә emal ilә yuma. Bu rejim xüsusi
qulluq tәlәb edәn, mәsәlәn hәssas dәrisi olan insanların orta vә çox çirklәnmiş geyimlәrinin
yuyulması üçün nәzәrdә tutulub. Mәmulatları yumadan öncә tәrs üzünә çevirmәk tövsiyә olunur.
Добавить комментарий