
174
AZƏRBAYCAN
• Tez yuma 42 dәq. (Быстрая 42 мин): bu rejim 20°С temperaturda istәnilәn növ parçaları
yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
Paltaryuyan
maşının iş
rejimlәri • İdman (Спортивная): bu rejim idman geyimlәri vә ayaqqabılarının aşağı temperaturda
yuyulması üçün nәzәrdә tutulub. İdman ayaqqabılarının yuyulması zamanı bir dәfәyә iki cüt
ayaqqabıdan artıq yuyulması tövsiyә olunmur.
• Hәcmli әşyalar (Объемные вещи): qalın, böyük ölçülü mәmulatların, mәsәlәn üst geyimlәrin
yuyulması üçün rejim. Yuma başlamadan öncә geyimlәri barabanda bәrabәr yerlәşdirmәk
tövsiyә olunur.
• Yun (Шерсть): bu rejim yalnız istehsalçının maşında yuma nәzәrdә tutduğu yun vә yarıyun
mәmulatların yuyulması üçün nәzәrdә tutulub. Mәmulatın etiketindә yolverilәn temperatur
rejiminә dair mәlumatları diqqәtlә oxumaq lazımdır. Yun mәmulatlar üçün xüsusi yuyucu
vasitәlәrdәn istifadә etmәk tövsiyә olunur.
• Barabanın tәmizlәnmәsi (Очистка барабана): rejim maşının barabanının yüksәk
temperaturda böyük miqdarda su ilә tәmizlәnmәsi vә sterillәşdirilmәsi üçün nәzәrdә tutulub.
Bu rejim geyimlәrin yuyulması üçün nәzәrdә tutulmayıb. Әn yaxşı nәticәyә nail olmaq üçün az
miqdarda yuyucu vasitә әlavә etmәk tövsiyә olunur.
Paltaryuyan
maşının
funksiyaları
• Tәxirәsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrәsinin başa çatacağı vaxtı
tәyin etmәk imkanı verir. «4» düymәsinә basdıqda yumanın bitmә vaxtı arasında keçid baş verir
vә seçilmiş vaxta müvaq indikator yanmağa başlayır. Vaxtı 12 saat seçdikdә eyni anda «3 saat»
vә «9 saat» indikatorları yanmağa başlayır. Vaxtı 15 saat seçdikdә eyni anda «6 saat» vә «9
saat» indikatorları yanmağa başlayır. Vaxtı 18 saat seçdikdә eyni anda «3 saat», «6 saat» vә «9
saat» indikatorları yanmağa başlayır. Funksiya yuma rejimi vә funksiyaları seçildikdәn sonra işә
salına bilәr.
• Uşaqlardan kilidlәmә (Блокировка от детей): uşaqların tәsadüfәn sazlamaları dәyişmәsinin
qarşısını almaq üçün rejimlәrin dәyişdiricisi kilidlәnmәsinin vә «Start/Pauza» düymәsinin işә
salmaq üçün nәzәrdә tutulub. Funksiyanı işә salmaq üçün «Temperatur» düymәsini basıb
3 saniyә saxlamaq lazımdır. Bundan sonra indikator «12» yanmağa başlayır. Kilidlәmәni
söndürmәk üçün göstәrilәn hәrәkәtlәri tәkrar etmәk lazımdır.
• Yuma prosesindә geyimlәrin әlavә edilmәsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesindә barabana әlavә etmәyә imkan verir. Bunun üçün dövrәni işә salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyәdәn sonra qapının kilidlәnmәsi indikatoru
sönәcәk. Bu o demәkdir ki, qapını açıb geyimlәri barabana әlavә etmәk olar. Geyimlәri әlavә
etdikdәn sonra yuma dövrәsini davam etmәk üçün qapını bağlayıb «Start/Pauza» düymәsinә
basmaq lazımdır.
Qapının kilidlәnmәsi indikatoru sönmürsә vә qapı açılmırsa, dövrәnin hәmin anında geyimlәrin
әlavә edilmәsi, mәsәlәn, temperaturun vә yaxud barabanda su sәviyyәsinin olduqca yüksәk
olması sәbәbi ilә mümkün deyil.
• İslatma (Замачивание): bu funksiyanı olduqca çox çirklәnmiş әşyaların yuyulması üçün
işә salmaq tövsiyә olunur. Bu funksiya işә düşdükdә lazımi miqdarda su yığıldıqdan sonra vә
yuma başlamadan qabaq bir neçә dәqiqәlik pauza yerinә yetirilir. Bu funksiyanı işә salmaq üçün
«Tәxirәsalınmış start» düymәsini 3 saniyә әrzindә basıb saxlamaq lazımdır, bundan sonra
indikator «11» yanmağa başlayacaq. Kilidlәmәni söndürmәk üçün göstәrilәn hәrәkәtlәri tәkrar
etmәk lazımdır.
Biryusa WM-SM510/04
Добавить комментарий