
4746
AZƏRBAYCAN
• Soyuducunuzun görünüşü vә komplektasiyası 1-4-ci sәhifәlәrdә A1 - A8 şәkillәrindә
göstәrilmişdir.
• Komplektasiyaya bir sıra istismar sәnәdlәri daxildir: tәlimat kitabçası, zәmanәt talonu, enerji
sәmәrәliliyi etiketi.
QADAĞANDIR!
• Soyuducudan yüksәk rütubәtlә xarakterizә olunan otaqlarda (tavan, divarlar vә otaqdakı
әşyalar rütubәtlә örtülmüşdür), hәmçinin elektrik keçirici döşәmәli otaqlarda istifadә
etmәk! Soyuducu - ilk növbәdә elektrik cihazıdır vә onun yüksәk rütubәtdә istifadәsi qısa
qapanmaya vә ya elektrik cәrәyanı ilә vurmaya sәbәb ola bilәr!
• Soyuducunu elektrik şәbәkәsinә qoşmaq üçün keçid, ikilik, üçlük vә uzatma
kabellәrindәn istifadә etmәk, çünki onlar yanğına sәbәb ola bilәr!
• İşlәmә zamanı soyuducunun kompressoruna toxunmaq, çünki iş zamanı o 90°C
temperatura qәdәr qızır!
• Soyuducunun üzәrinә yanğına sәbәb ola bilәcәk elektrik qızdırıcılarını quraşdırmaq!
• Mayenin soyuducunun elektrik sisteminә daxil olmasının qarşısını almaq üçün
soyuducunun üzәrinә maye olan qablar qoymaq!
• Soyuducunun konstruksiyasına müstәqil şәkildә dәyişiklik etmәk! Bu, soyuducunun
qırılmasına vә ya düzgün işlәmәmәsinә gәtirib çıxara bilәr! Soyuducunun elektrik
dövrәsinin pozulması qısaqapanmaya vә bunun nәticәsindә yanğına sәbәb ola bilәr!
• Soyuducunu taxta qutulara, stollara, stullara vә s. quraşdırmaq.
Soyuducunun düzgün işlәmәsi vә uzun müddәt sizә xidmәt etmәsi üçün bir sıra mәhdudiyyәtlәrә
әmәl edilmәlidir:
DİQQӘT! • Bu soyuducu ziki, әsәb vә ya әqli qüsurları olan vә ya tәcrübә vә biliyi olmayan
insanların (o cümlәdәn uşaqlar) istifadәsi üçün nәzәrdә tutulmayıb. Bu şәxslәrin
tәhlükәsizliyinә cavabdeh olan şәxs tәrәndәn bu şәxslәrә nәzarәt olunduğu vә ya bu
soyuducunun istifadәsi ilә bağlı tәlimatlandırıldığı hallar istisna olmaqla!
• Uşaqların soyuducu ilә oynamasının qarşısını almaq üçün onlara nәzarәt edilmәlidir!
• Soyuducu sistemin dövrәsinin zәdәlәnmәsinә yol vermәyin!
• Soyuducu sistemin germetikliyi itirildikdә, otağı yaxşı havalandırın vә açıq alovdan
istifadә etmәyin!
• Soyuducunun korpusunda yerlәşәn ventilyasiya dәliklәrinin qabağını bağlamayın!
• İstehsalçı tәrәndәn tövsiyә olunanlardan başqa, buzun әrimә prosesini sürәtlәndirmәk
üçün mexaniki cihazlardan vә ya digәr vasitәlәrdәn istifadә etmәyin!
• İstehsalçı tәrәndәn tövsiyә olunan tipdә olmadıqda, qida saxlama bölmәlәrinin
içәrisindә elektrik cihazlarından istifadә etmәyin!
KOMPLEKTASİYA
Soyuducular vә dondurucu soyuducular (Biryusa 6041 modeli istisna olmaqla) şüşә saxlamaq
üçün hazırlanmış asma rәә tәchiz edilmişdir. Asma rәf tәzә qida saxlama bölmәsinin istәnilәn
rәnә quraşdırıla bilәr.
Добавить комментарий