
178
AZƏRBAYCAN
Biryusa WMD-SM914/05
• İlkin yuma (Предварительная стирка): bu funksiyanı olduqca çox çirklәnmiş әşyaların
yuyulması üçün işә salmaq tövsiyә olunur. Köhnә vә hopmuş çirki tәmizlәmәyә imkan verir.
• İslatma (Замачивание): bu funksiyanı olduqca çox çirklәnmiş әşyaların yuyulması üçün işә
salmaq tövsiyә olunur. Bu funksiya işә düşdükdә lazımi miqdarda su yığıldıqdan sonra vә yuma
başlamadan qabaq bir neçә dәqiqәlik pauza yerinә yetirilir.
Paltaryuma-
qurutma
maşınının
funksiyaları
• Uşaqlardan kilidlәmә (Блокировка от детей): uşaqların tәsadüfәn sazlamaları
dәyişmәsinin qarşısını almaq üçün rejimlәrin dәyişdiricisi kilidlәnmәsinin vә «Start/Pauza»
düymәsinin işә salmaq üçün nәzәrdә tutulub. Bu funksiyanı işә salmaq üçün yuma dövrәsi
zamanı «Tәxirәsalınmış start» düymәsini basıb 3 saniyә saxlamaq lazımdır. Bundan sonra
uşaqlardan kilidlәmә indikatoru yanmağa başlayır, displeydә «CL» indikasiyası әks olunur.
Kilidlәmәni söndürmәk üçün göstәrilәn düymәlәri әn az 3 saniyә basıb saxlamaq lazımdır.
• Qurutma (әlavә funksiya) (Сушка (доп. функция)): bu funksiya әsas yuma dövrәsi
bitdikdәn sonra geyimlәri qurutma dövrәsinin әlavә edilmәsi üçün nәzәrdә tutulub. «Qurutma»
düymәsinә ardıcıl basmaqla әlavә quruma parametrlәrinin dәyişmәsi baş verir, müvafqi
indikatorlar yanmağa başlayır:
- Standart qurutma temperaturu (Стандартная) – pambıq, xüsusi qulluq tәlәb olunmayan
parçalardan olan mәmulatlar.
- Aşağı qurutma temperaturu (Низкая) – sintetik vә delikat parçalardan olan mәmulatlar üçün,
qurutma vaxtı uzadılıb.
- Taymer (Таймер) – qurutma vaxtının seçilmәsi (müddәt hәmçinin «Qurutma» düymәsinә
ardıcıl basmaqla tәyin olunur). Seçilmiş qurutma vaxtı displeydә әks olunur
- Ütülәmә (Глаженье) - sonradan ütülәnәcәk mәmulatların qısamüddәtli qurudulması.
- Yüksәk qurutma temperaturu (Высокая) - yüksәk temperaturun uzunmüddәtli tәsirinә
davamlı olan yüksәk qalınlığı olan mәmularlar üçün nәzәrdә tutulub.
• Sәsli siqnalın söndürülmәsi (Отключение звукового сигнала): maşını işә saldıqdan
sonra sәsli siqnalın söndürülmәsi üçün «İlkin yuma» düymәsini basıb 3 saniyә saxlayın. Sәsli
siqnalizasiyanın bәrpası üçün hәrәkәti tәkrar edin.
• Yuma prosesindә geyimlәrin әlavә edilmәsi (Дозагрузка белья в процессе стирки): bu
funksiya yuma prosesindә barabana әlavә etmәyә imkan verir. Bunun üçün dövrәni işә salandan
sonra «Start/Pauza» basmaq lazımdır. 5 saniyәdәn sonra qapının kilidlәnmәsi indikatoru
sönәcәk. Bu o demәkdir ki, qapını açıb geyimlәri barabana әlavә etmәk olar. Geyimlәri әlavә
etdikdәn sonra yuma dövrәsini davam etmәk üçün qapını bağlayıb «Start/Pauza» düymәsinә
basmaq lazımdır.
Qapının kilidlәnmәsi indikatoru sönmürsә vә qapı açılmırsa, dövrәnin hәmin anında geyimlәrin
әlavә edilmәsi, mәsәlәn, temperaturun vә yaxud barabanda su sәviyyәsinin olduqca yüksәk
olması sәbәbi ilә mümkün deyil.
• Qırışsız (Без складок): bu funksiya yuma prosesindә sıxmadan sonra barabanın yavaş
fırlanmasının kömәyi ilә geyimlәrin çox qırışmasının qarşısını alır.
• Mәnim dövrәm (Мой цикл): dövrәnin parametrlәrini maşının yaddaşına yazmaq üçün
dәyişdiricini istәnilәn rejimә keçirmә vә lazımi parametrlәri (temperaturu, sıxma sürәtini), elәcә
dә yuma funksiyalarını seçmәk lazımdır. Bundan sonra «Mәnim dövrәm» düymәsini basaraq
sәsli siqnal әmәlә gәlәnәdәk 3 saniyә saxlamaq lazımdır.
Maşını daha öncә seçilmiş rejimdә işә salmaq üçün «Mәnim dövrәm» düymәsinә bir dәfә
basmaq, bundan sonra «Start/Pauza» düymәsinә basmaq lazımdır.
• Tәxirәsalınmış start (Отложенный старт): bu funksiya yuma dövrәsinin başa çatacağı vaxtı
tәyin etmәk imkanı verir. Müvaq düymәyә ardıcıl basdıqda yuma dövrәsinin başa çatmasına
qalan vaxt dәyişir. Displeydә seçilmiş vaxt әks olunur. Yumanın başa çatmasına qalmış vaxt
1 saat addımla 3 saatdan 19 saatadәk diapazonda tәyin edilә bilәr. Funksiya yuma rejimi vә
funksiyaları seçildikdәn sonra işә salına bilәr.
Добавить комментарий