
177
AZƏRBAYCAN
Biryusa WMD-SM914/05
• Pambıq (Хлопок): bu rejim pambıq, kәtan vә ya xüsusi qulluq tәlәb etmәyәn digәr parçalardan
hazırlanmış orta vә çox çirklәnmiş mәmulatların (gündәlik geyimlәrin, yataq dәyişәklәrinin)
yuyulması üçün nәzәrdә tutulub.
• EKO (ЭКО): aşağı temperaturda yuma Adi çirklәnmiş ağ vә solmayan rәngli pambıq,
sintetikadan olan geyimlәrin yuyulması üçün. Bu rejim su vә elektrik enerji istehlakına qәnaәtlә
bәrabәr optimal yuyulma keyyyәtinin qorunub saxlanılması üçün nәzәrdә tutulub.
Paltaryuma-
qurutma
maşınının iş
rejimlәri
• Sintetika (Синтетика): Bu rejim hәssas vә sintetik parçalardan olan mәmulatların, pәrdәlәrin
vә şәbәkәli parçalardan olan mәmulatların yuyulması üçün nәzәrdә tutulub. Toxunma
mәmulatların yuyulması zamanı mәmulatların formasının pozulmasının qarşısını almaq üçün
yuyucu vasitәnin miqdarını azaltmaq tövsiyә olunur.
• Qarışıq parçalar (Смешанные ткани): parçanın rәnginә vә növünә görә çeşidlәnmәmiş
qarışıq geyimlәrin yuyulması üçün proqramlar.
• Yun (Шерсть): bu rejim yalnız istehsalçının maşında yuma nәzәrdә tutduğu yun vә yarıyun
mәmulatların yuyulması üçün nәzәrdә tutulub. Mәmulatın etiketindә yolverilәn temperatur
rejiminә dair mәlumatları diqqәtlә oxumaq lazımdır. Yun mәmulatlar üçün xüsusi yuyucu
vasitәlәrdәn istifadә etmәk tövsiyә olunur.
• Yuma+Qurutma 1 saat (Стирка + сушка 1 час): az miqdarda geyimlәrin daha sonra sıxma
vә qurutma ilә aşağıda temperaturda yuma rejimi.
• Qurutma (Сушка): bu rejimdә yalnız geyimlәrin tam qurutma dövrәsi icra edilir.
• Yorğanlar (Одеяла): bu rejim böyük ölçülü qalın mәmulatların (yorğan, yorğanağı, üst
geyimlәrin) temperatur vә sıxma sürәtinin mәhdudlaşdırılması ilә yuyulması üçün nәzәrdә
tutulub. Yuma başlamadan öncә geyimlәri barabanda bәrabәr yerlәşdirmәk tövsiyә olunur.
• Uşaq (Детская): uşaq geyimlәri, bәlәk vә s. yüksәk temperaturda intensiv yuma rejimi. Uşaq
geyimlәrini digәrlәrindәn ayrı yumaq tövsiyә olunur.
• Barabanın tәmizlәnmәsi (Очистка барабана): rejim maşının barabanının yüksәk
temperaturda böyük miqdarda su ilә tәmizlәnmәsi vә sterillәşdirilmәsi üçün nәzәrdә tutulub.
Bu rejim geyimlәrin yuyulması üçün nәzәrdә tutulmayıb. Әn yaxşı nәticәyә nail olmaq üçün az
miqdarda yuyucu vasitә әlavә etmәk tövsiyә olunur.
• Tez yuma 42 dәq. (Быстрая 42 мин): bu rejim 20°С temperaturda istәnilәn növ parçaları
yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
• Tez yuma 15 dәq. (Быстрая 15 мин): bu rejim qısa vaxtda soyuq su temperaturunda istәnilәn
növ parçaları yuma rejimidir, az çirklәnmiş әşyaların gündәlik yuyulması üçün nәzәrdә tutulub.
Добавить комментарий