
4948
AZƏRBAYCAN
ÜMUMİ MӘLUMAT
Mәişәt soyuducuları, soyuducu-dondurucular, dondurucular (bundan sonra soyuducular) tәzә
qida saxlama bölmәsindә qida vә içkilәrin qısamüddәtli saxlanması, tәzә qidaların dondurulması
vә dondurulmuş qidaların uzunmüddәtli saxlanması üçün nәzәrdә tutulmuşdur.
Soyuducular TR Gİ 004/2011, TR Gİ 020/2011, TR AAİİ 037/2016, DÜİST 16317-87-nin
tәlәblәrinә uyğundur.
Soyuducuların işarәlәrinin izahı:
«S» - elektron idarәetmә bloku,
«N» - dondurucu bölmәdә qırov olmayan (No frost),
«M» - rәng xәtti «Metallik»,
«W» - rәng xәtti «Tutqun qrat»,
«B» - rәng xәtti «Qara»,
«I» - rәng xәtti «Paslanmayan polad»,
«G» - rәng xәtti «Bej»,
«H» - rәng xәtti «Qırmızı»,
«T» - rәng xәtti «Narıncı»,
«C» - rәng xәtti «Gümüşü metalloplast»,
- rәng xәtti «Ağ»-işarәsiz.
TӘHLÜKӘSİZLİK TӘLӘBLӘRİ
Tәhlükәsizlik
qaydaları
Soyuducudan istifadә edәrkәn tәhlükәsizlik qaydalarına әmәl edin:
• Soyuducunu elektrik şәbәkәsinә qoşmazdan әvvәl rozetkanın saz vәziyyәtdә olduğuna vә
elektrik şnurunda vә çәngәldә zәdәlәnmәlәrin olmamasına әmin olun.
• Elektrik şnuru zәdәlәnibsә, elektrik cәrәyanı vurma riskinin qarşısını almaq üçün, o, istehsalçı
vә ya onun agenti vә ya oxşar tәcrübәli şәxs tәrәndәn dәyişdirilmәlidir.
• Soyuducunun korpusuna cәrәyan keçirәn hissәlәrin qısaqapanmasının әlamәtlәri varsa
(metal hissәlәrә toxunduqda çimdiklәnmә), soyuducunu elektrik şәbәkәsindәn ayırın vә problemi
aradan qaldırmaq üçün mexaniki çağırın.
• Soyuducuya vә tәbii torpaqlamaya malik cihazlara (qaz plitәsi, isitmә radiatorları su kranları)
eyni vaxtda toxunmayın.
• Soyuducunu içәridәn vә xaricdәn tәmizlәyәrkәn, soyuducunun altında döşәmәlәri yuyarkәn vә
nasazlıqların aradan qaldırılması zamanı onu elektrik şәbәkәsindәn ayırın.
• Soyuducunun üfüqi vәziyyәtdә daşınmasına yalnız qapı tәrәfdәn sağ tәrәndәn icazә verilir.
Soyuducunun qablaşdırmasında qapının yan tәrә göstәrilib.
DİQQӘT! • Bu soyuducu ziki, әsәb vә ya әqli qüsurları olan vә ya tәcrübә vә biliyi olmayan
insanların (o cümlәdәn uşaqlar) istifadәsi üçün nәzәrdә tutulmayıb. Bu şәxslәrin
tәhlükәsizliyinә cavabdeh olan şәxs tәrәndәn bu şәxslәrә nәzarәt olunduğu vә ya bu
soyuducunun istifadәsi ilә bağlı tәlimatlandırıldığı hallar istisna olmaqla!
• Uşaqların soyuducu ilә oynamasının qarşısını almaq üçün onlara nәzarәt edilmәlidir!
• Soyuducu sistemin dövrәsinin zәdәlәnmәsinә yol vermәyin!
• Soyuducu sistemin germetikliyi itirildikdә, otağı yaxşı havalandırın vә açıq alovdan
istifadә etmәyin!
• Soyuducunun korpusunda yerlәşәn ventilyasiya dәliklәrinin qabağını bağlamayın!
• İstehsalçı tәrәndәn tövsiyә olunanlardan başqa, buzun әrimә prosesini sürәtlәndirmәk
üçün mexaniki cihazlardan vә ya digәr vasitәlәrdәn istifadә etmәyin!
• İstehsalçı tәrәndәn tövsiyә olunan tipdә olmadıqda, qida saxlama bölmәlәrinin
içәrisindә elektrik cihazlarından istifadә etmәyin!
Добавить комментарий